Nyu-York ştatında təyyarə avtomobil yoluna enib

Nyu-York ştatında təyyarə avtomobil yoluna enib

21 Oktyabr 2018 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Lonq-Aylend adasında (Nyu-York ştatı) təkmühərrikli "Piper Pa-28" təyyarəsi avtomobil yoluna enib.

İnsident nəticəsində xəsarət alan olmayıb, təyyarəyə zərər dəyib. Təyyarə Nyu-York ştatının kiçik hava limanından qalxıb və Lon-Aylend adasındakı hava limanında eniş etməli idi.

Eniş zamanı pilot təyyarəni vaxtında saxlaya bilməyib və təyyarə hava limanından kənara çıxıb. Pilot təyyarəni avtomobil yolunda saxlaya bilib.

ABŞ-ın federal aviasiya idarəsi insidentlə bağlı araşdırmaya başlayıb. (trend)