“Bakı Bus” avtobusları toqquşub

“Bakı Bus” avtobusları toqquşub

24 Oktyabr 2018 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində 1 və 13 nömrəli "Bakı Bus" avtobusları toqquşub.

Hadisə nəticəsində sərnişinlərin xəsarət almadığı qeyd edilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev saytımıza açıqlamasında bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, bir neçə gün öncə "Bakı Bus"un 3 avtobusu bir-birinə çırpılmışdı. Axar.az