Təbii fəlakət Rusiyanı iflic etdi

Təbii fəlakət Rusiyanı iflic etdi

25 Oktyabr 2018 05:58
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın cənubundakı Krasnodar şəhərindəki daşqın və fırtına həyatı iflic edib.

Modern.az xəbər verir ki, Rusiyanın Krasnodar bölgəsində daşqın və fırtına nəticəsində fövqəladə vəziyyət elan olunub. Şəhər mərkəzlərində və kəndlərdə bir çox sakin evlərindən evakuasiya edilib və regionda böhran masası yaradılıb.

Krasnodar bölgəsinə bağlı Soçi, Tuapse, Lazariskaya, Adler və Novorosisk kimi şəhərlərin mərkəzlərində və kəndlərində su daşqınları meydana gəlib və körpülər çöküb. Hal-hazırda fəlakət olan ərazilərdə axtarış-xilasetmə əməliyyatları aparılır.