Pakistanda generala sui-qəsd cəhdi olub

Pakistanda generala sui-qəsd cəhdi olub

26 Oktyabr 2018 06:11
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistan ordusunun general-mayoru Səid Əhməd Naqranın olduğu hərbi kortec terrorçuların hücumuna məruz qalıb.

Hadisə Bəlucistan vilayətinin Vaşuk şəhəri yaxınlığında baş verib.

Generalı müdafiə edən 2 əsgər güllələnib. Səid Əhməd Naqra sağ şəkildə ərazidən uzaqlaşdırılıb.

Özünü "Bəlucistan Azadlıq Ordusu" adlandıran silahlı qruplaşma hücumun məsuliyyətini öz üzərinə götürüb.