Qəbələ rayonu ərazisində zəlzələ olub

Qəbələ rayonu ərazisində zəlzələ olub

27 Oktyabr 2018 06:47
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Qəbələ rayonu ərazisində zəlzələ baş verib.

"Report"un AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumatına görə, zəlzələ yerli vaxtla 01:57:15-də Xınalıq stansiyansından 18 km cənub-qərbdə 3 maqnituda gücündə qeydə alınıb.

Yeraltı təkanların episentri 13 km dərinlikdə yerləşib və zəlzələ hiss olunmayıb.

Bundan əvvəl Azərbaycanda güclü zəlzələlərin baş verməsinin səbəbi açıqlanıb.