ABŞ-da təyyarə qəzasında 4 nəfər ölüb
ABŞ-da növbəti dəfə təyyarə qəzası baş verib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Ayova ştatında yüngül matorlu təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər dünyasını dəyişib. Hatri dairəsində qalıqları tapılan təyyarənin göyərtəsində neçə nəfərin olduğu və onun haraya və nə məqsədlə uçması məlum deyil. Hadisə yerində polis tərəfindən təhqiqat aparılır.
Digər xəbərlər






























































































