Çexiyada yol qəzasında 4 ukraynalı ölüb

Çexiyada yol qəzasında 4 ukraynalı ölüb

13 Noyabr 2018 06:07
Bəyəndim (0) Bəyənmədim (0)

Çexiyada baş verən yol qəzası 4 nəfər Ukrayna vətəndaşının həyatına son qoyub.

Mediainfo.az-ın verdiyi məlumata görə, hadisə Çexiyanın Trişinets şəhərində baş verib. "Mersedes" markali mikroavtobus yük maşını ilə toqquşub. Nəticədə avtobusda olan 5 Ukrayna vətəndaşından 4-ü hadisə yerində dünyasını dəyişib. Ölənlərin Zakarpatyedən olduğu bildirilir. İlkin araşdırmalara görə, qəzaya səbəb mikroavtobusun yüksək sürətlə hərəkət etməsi olub.