ABŞ-da qar həyatı iflic edib
ABŞ-da təbii fəlakətlər ara vermir.
Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Kaliforniyada 60-a yaxın insanın ölümünə səbəb olan güclü yanğınların ardınca indi də qar fırtınası ABŞ-da həyatı iflic edib.ABŞ-ın Kentaki, İndiana, Viriciniya və Ohayo ştatlarına yağan güclü qar 5 nəfərin ölümünə yol açıb, 400 mindən çox insan elektriksiz qalıb. Hazırda güclü qar fırtınası davam edir. Müvafiq qurumlar təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün tədbirlər həyata keçirirlər.
Digər xəbərlər






























































































