Gürcüstanda nazir müavini qəzaya düşərək yaralanıb
Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixail Qiorqadze Kaxetiya bölgəsində qəzaya düşdüklən sonra 12 qabırğasının sınığı ilə xəstəxanaya yerləşdirilib.
Bunu jurnalistlərə nazirliyin mətbuat xidməti məlumat verib.
"Nazirin birinci müavini Qiorqadze qəzada xəsarət alıb, onun 12 qabırğası qırılıb. Həyatı üçün təhlükə yoxdur, vəziyyəti sabitdir", - deyə idarədən bildirilib.
Gürcüstan kanallarının məlumatına görə, Qiorqadze bazar gününə keçən gecə Kaxetiya bölgəsinin Kvareli kəndində ağaca çırpılıb. O, avtomobildə tək olub.
Bəzi kütləvi informasiya vasitələri Qiorqadzenin süni nəfəs aparatına qoşulduğunu yazırlar. (eport)
Digər xəbərlər





































.jpg)






































.jpg)


















