Meşə yanğınları ABŞ-a 9-13 milyard dollar zərər vurub

Meşə yanğınları ABŞ-a 9-13 milyard dollar zərər vurub

21 Noyabr 2018 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

Kaliforniyada meşə yanğınları qurbanlarının sayı artmaqda davam edir.

Mediainfo.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, meşə yanğınları nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb. Onlardan 64 nəfərinin şəxsiyyəti müəyyən edilib. Son məlumata görə 870 nəfərin taleyindən bu günə kimi xəbər yoxdur. Onların da meşə yanğınları zamanı yanaraq öldükləri istisna edilmir. Meşə yanğınları zamanı ən çox ölüm Byutt əyalətində qeydə alınıb. Burada 81 nəfər meşə yanğınları nəticəsində ölüb. İlkin hesablamalara görə meşə yanğınları nəticəsində ABŞ-a 9-13 milyard dollar zərər dəyib.