İranda zəlzələdən zərər çəkənlərin sayı 800 nəfərə çatıb

İranda zəlzələdən zərər çəkənlərin sayı 800 nəfərə çatıb

27 Noyabr 2018 10:30
Bəyəndim (0) Bəyənmədim (0)

İranda zəlzələdən zərər çəkənlərin sayı artmaqda davam edir.

Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu günə kimi 800 nəfərə yaxın adam zəlzələdən zərər çəlib, eyni zamanda təbii fəlakət zonasında 300 ev isə dağılıb.

Öz növbəsində prezident Həsən Ruhani təbii fəlakət zonasında zəlzələdən zərər çəkənlərə köməklik göstərilməsi barədə müvafiq qurumlara tapşırıqlar verib.

İraqın İranla sərhəd ərazilərində isə zəlzələ nəticəsində 1 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb.