Ermənistanda təyyarə qəzası: Pilotlar həlak oldu

Ermənistanda təyyarə qəzası: Pilotlar həlak oldu

4 Dekabr 2018 15:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 10.20-də radarlardan yoxa çıxan Ermənistan Müdafiə Nazirliyinə məxsus təlim uçuşu həyata keçirən Su-25 təyyarəsi tapılıb

Mediainfo.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, təyyarənin Maraliks rayonunda yerə çırpıldığı müəyyən edilib. Hadisə yerinə göndərilən xilasetmə əməkdaşları tərəfindən həlak olan təyyarəçilərin hər ikisinin cəsədi tapılıb. Bunlar pilotlar podpolkovnik Armen Babayan və mayor Manuk Manukyandır.