İranın hərbi bazası yanında partlayış baş verib

İranın hərbi bazası yanında partlayış baş verib

6 Dekabr 2018 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Sistan və Belucistan əyalətinin cənub-şərqindəki Çabaxar hərbi bazası yanında dəhşətli partlayış baş verib.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ölən və yaralananlar var.

Baş verən hadisə ilə bağlı açıqlamasında əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini Məhəmməd Hadi Maraşı: "Bu gün səhər Çabaxar hərbi bazası ətrafında partlayış baş verib. Nəticədə ölən və yaralananlar var",-deyib.

Onun sözlərinə görə, bomba qoyulmuş maşın uzaqdan idarəetmə aparatı vasitəsi ilə işə salınıb.

Öz növbəsində İRNA agentliyinin məlumatına görə, partlayış nəticəsində azı 4 adam dünyasını dəyişib.