Türkiyədə qatar qəzası nəticəsində 9 nəfər ölüb
Ankara-Konya reysini həyata keçirən sürət qatarının Marşandiz stansiyasına daxil olarkən qəzaya uğraması nəticəsində həlak olanların sayı 9 nəfərə, yaralananların sayı isə 47 nəfərə çatıb.
Ölənlərdən üçü maşinist, altısı isə sərnişindir.
Qəza ilə əlaqədar Ankara-Konya xəttində qatarların hərəkəti dayandırılıb.
Xatırladaq ki, Ankaradan Konya istiqamətində hərəkət edən sürət qatarı bu gün səhər yerli vaxtla saat 06:30-da Marşandiz stansiyasında lokomotivlə toqquşub. Nəticədə üç vaqon relsdən çıxaraq aşıb. Qəza zamanı qatarda 206 sərnişin olub. (azərtac)
Digər xəbərlər




































.jpg)






































.jpg)



















