Bakıda "Audi" hipermarketə girib
Bakının Nizami rayonunda qadın sürücü avtomobili ilə qəza törədib.
Mediainfo.az-ın verdiyi məlumata görə, qadın sürücü idarə etdiyi "Audi" markalı avtomobili ilə hərəkət edərkən idarəetməni itirib və Heydər Əliyev prospektindəki "Bravo" hipermarketinin salonuna daxil olub. Qadın sürücünün dediyinə görə, avtomobili işə salarkən ehtiyatsızlıq edib və idarəetməni itirib. Nəticədə maşını ilə birgə hipermarketin şüşələrini sındıraraq ora daxil olub. Qəza nəticəsində maşına və hipermarketin salonuna ziyan dəysə də xəsarət alan olmayıb.
Baş verən hadisə ilə bağlı araşdırma aparılır.
Digər xəbərlər



































.jpg)






































.jpg)




















