Böyük Britaniyada oğluna Hitler adı verən şəxs cəzalandırılıb

Böyük Britaniyada oğluna Hitler adı verən şəxs cəzalandırılıb

19 Dekabr 2018 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyada oğluna Adolf Hitlerin adını verən valideynlər ağır şəkildə cəzalandırılıblar.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Skay Nevvs (Sky Nevvs) telekanalının yaydığı məlumatda deyilir. Məlumatda qeyd edilir ki, 22 yaşlı Adam Tomas oğlunu Adolf Hitlerın şərəfinə Adolf adlandırdığı üçün 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun həyat yoldaşı Klaudiya Patatas isə 5 il həbsdə yatmalı olacaq. İttihama görə Tomas və Patatas ölkədə neonasist ideyalarını təbliğ ediblər. Onlar övladlarına da Adolf adını Hitlerə pərəstiş etdikləri üçün veriblər. Ər-arvad həmçinin Böyük Britaniyada qadağan edilən neonasist Milli aksiya təşkilatının üzvü olmaqda günahkar hesab ediliblər.