Güclü qar Türkiyədə həyatı iflic edib

Güclü qar Türkiyədə həyatı iflic edib

26 Dekabr 2018 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gündən başlayaraq Türkiyənin bir-sıra vilayətlərinə yağmağa başlayan güclü qar ölkədə ciddi problemlərə səbəb olub.

Mediainfo.az-ın "Habertürk"-ə istinadən verdiyi xəbərə görə, bəzi yerlərdə qarın hündürlüyü 40-45 sm-ə çatıb, yollar buz bağlayıb. Bu da öz növbəsində çoxsaylı avtomobil qəzalarının baş verməsi ilə müşahidə edilməkdədir. Dekabrın 26-da səhər isə Türkiyənin paytaxtı Ankarada buzlu yolda idarəetməni itirən sərnişin avtobusu aşıb. Qəza nəticəsində 3 nəfər dünyasını dəyişıb, 20 nəfər isə yaralanıb. Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar Sivas, Amasya, Eskişəhər, Konya və digər yerlərdə məktəblərdə tətil elan edilib.