Sabunçu rayonunda yanğın: 4 nəfər xəsarət alıb

Sabunçu rayonunda yanğın: 4 nəfər xəsarət alıb

27 Dekabr 2018 10:41
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Sabunçu rayonunda bir dam altında tikilmiş, ümumi sahəsi 40 m² olan 1 otaqlı evin yanar konstruksiyaları 25 m² sahədə və ümumi sahəsi 30 m² olan 2 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanmışdır.

Mediainfo.az-a FHN-dan verilən xəbərə görə, yanğın zamanı 4 nəfər xəsarət almışdır. Evlərin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 50 m² sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.