Nazirlikdən  XƏBƏRDARLIQ: Bu yollar BUZ BAĞLAYIB

Nazirlikdən XƏBƏRDARLIQ: Bu yollar BUZ BAĞLAYIB

30 Dekabr 2018 08:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın əsas yollarında olan vəziyyətlə bağlı son məlumatı yayıb.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, hazırda Şamaxı-Pirqulu, Gədəbəy, Daşkəsən, Hacıkənd istiqamətlərində yollar buz bağlayıb. Şahdağ, Ləzə və Xınalıq istiqamətlərində isə yollar açıqdır.

Nazirlik dağlıq rayonlarda gecə və səhər gözlənilən şaxtalı hava şəraitilə bağlı sürücülərə diqqətli olmağı tövsiyə edib.