Xızıda maşın, Goranboyda tövlə yanıb
Goranboy rayonunun Qarqucaq kəndində ümumi sahəsi 40 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 8 ton ot bağlamasının 4 tonu yanmışdır.
Mediainfo.az-a FHN-dan daxil olan məlumata görə, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Xızı rayonunun Yeni Yaşma kəndində "BMW" markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş vermişdir. Yanğın nəticəsində avtomobilin yanar hissələri yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Digər xəbərlər

































.jpg)






































.jpg)






















