Yasamalda ağırçəkili bir nəfərə yardım edilib

Yasamalda ağırçəkili bir nəfərə yardım edilib

8 Yanvar 2019 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olmuşdur.

Mediainfo.az-a FHN-dən verilən xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilmişdir. Əməliyyat başa çatmışdır;

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək etmişlər. Əməliyyat başa çatmışdır.