Parisdə dəhşətli partlayış: 20 yaralı - Video

Parisdə dəhşətli partlayış: 20 yaralı - Video

12 Yanvar 2019 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın paytaxtı Paris şəhərinin mərkəzi hissəsində güclü partlayış baş verib.

Partlayış Treviz küçəsindəki çörək sexində olub.

İlkin versiyaya görə, partlayışın səbəbi qaz sızmasıdır.

Yaralıların olduğu bildirilir.

***

Son məlumatlara görə, partlayış nəticəsində 20 nəfər xəsarət alıb.

Fransanın Baş naziri Eduar Filipp və Daxili İşlər naziri Kristof Kastaner hadisə yerinə gələrək aparılan işləri müşahidə edib.