İsveçdə dəhşətli qəza: 6 gənc həlak oldu
İsveçin şimalında mikroavtobusun və yük avtomobilinin toqquşması nəticəsində altı əcnəbi həlak olub.
Ölkə polisinin məlumatına görə, hadisə yanvarın 12-nə keçən gecə Kiruna şəhəri yaxınlığında baş verib.
Yol-nəqliyyat hadisəsinin səbəbi hələlik müəyyənləşməyib. Həlak olanların qohumları bu barədə məlumatlandırılıb. Hazırda İnterpolun standartlarına uyğun olaraq, ölənlərin identifikasiyası aparılır.
Qəza qurbanlarının vətəndaşlığı, yaxud milliyyəti barədə açıqlama verilmir. (axar.az)
Digər xəbərlər






























































































