Kanadada orta məktəbdə zəhərlənmə baş verib

Kanadada orta məktəbdə zəhərlənmə baş verib

15 Yanvar 2019 06:07
Bəyəndim (0) Bəyənmədim (0)

Kanadanın Monreal şəhərindəki orta məktəblərdən birində şagird və müəllimlər arasında zəhərlənmə hadisəsi baş verib.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, hadisəyə səbəb dəm qazının sızması olub. Nəticədə 38 nəfər şagird və 8 nəfər məktəb əməkdaşı zəhərlənib. Zəhərlənənlər xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır.