Menbiçdə ölən 9 nəfərdən 5-i Amerika əsgəridir

Menbiçdə ölən 9 nəfərdən 5-i Amerika əsgəridir

16 Yanvar 2019 17:08
Bəyəndim (0) Bəyənmədim (0)

Menbiçdə baş verən partlayış nəticəsində azı 9 nəfər ölüb, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Əl-Cəzirə qəzeti məlumat yayıb. Məlumatda qeyd edilir ki, hadisə Menbiçin mərkəzindəki Qəsr əl-Umar restoranında baş verib. Həmin vaxt restoranda 15 nəfər ameirkalı əsgər də olub.

Öz növbəsində Türkiyənin Yeni Şafak qəzetinin yazdığına görə restoranda baş verən partlayış nərticəsində ölən 9 nəfərdən 5-i ABŞ əsgəridir. Bundan əlavə hadisə nəticəsində yaralananlar arasında da ABŞ əsgərlərinin olduğu bildirilir. Hələlik ABŞ-ın bölgədəki hərbi komandanlığı baş verən hadisəyə münasibət bildirməyib.