Təhlükəli hava: Bakıda güclü küləyin fəsadları - VİDEO
Gecədən başlayan və hazırda da davam edən güclü külək Bakıda bir sıra fəsadlar törədib. Paytaxt ərazisində müxtəlif yerlərdə küləyin təsiri ilə ağaclar qırılıb, dayanacaq dağılıb. Bakı-Astara yolunda isə iki yük avtomobili aşıb.
Ağaclar qırıldı, yük maşınları aşdı, dayanacağı külək uçurdu... Bakıda bu gün külək bir sıra fəsadlar törətdi. Ötən gecədən indiyə qədər 10 ağaca ziyan dəyib.
Bakı-Astara yolunda isə 2 yük avtomobili aşıb. Hadisə Qaradağ rayonu ərazisində baş verib. Hərəkətdə olan yük maşını aşaraq bir neçə metr sürüşüb və dəmir arakəsmələrə çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım maşını xəsarət alan şəxsi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanadan verilən məlumata görə, sürücü Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü İrkam Şamildir. Sürücünün qol və baldır nahiyəsində əzilmələr var. Hazırda vəziyyəti yaxşıdır. Hadisə nəticəsində yol infrastrukturuna da ciddi ziyan dəyib. Hər iki faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, yük maşınları güclü küləyin təsiri nəticəsində aşıb.
YeniGünəşli ərazisində isə minik avtomobilinin üzərinə su çəni düşüb. Nəticədə avtomobilə ciddi ziyan dəyib.
Paytaxtın Hüseyn Cavid prospektində isə külək dayanacağı aşırıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Ərazidən götürülən dayanacaq hava normallaşdıqdan sonra yerinə bərpa olunacaq. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin sözlərinə görə, bu gün sərnişindaşıma və yol hərəkətinin təşkilində hər hansı xoşagəlməz hal müşahidə edilməyib..
Qeyd edək ki, anomal hava şəraitinin sabah günorta saatlarına qədər davam edəcəyi bildirilir.
© xezerxeber.az












.jpg)






































.jpg)









































