Çin ABŞ-dan "Huavvei"nin direktoru Men Vançjoudan əl çəkməyi tələb edib

Çin ABŞ-dan "Huavvei"nin direktoru Men Vançjoudan əl çəkməyi tələb edib

22 Yanvar 2019 14:16
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın "Huavvei"nin direktoru Men Vançjounu təqib etməsi və onun saxlanılmasına nail olması böyük səhvdir və Vaşinqton bunu düzəltməlidir.

Mediainfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Çin Xarici işlər nazirliyinin rəsmisi Xua Çunin deyib: "Biz ümid edirik ki, ABŞ kimi Kanada da"Huavvei"nin direktoru Men Vançjouya münasibətdə səhvini anlayacaq və bunu düzəltmək üçün müvafiq addımlar atacaq. Biz ABŞ-dan "Huavvei"nin direktoru Men Vançjounu təqib etməsinə son qoymasını tələb edirik".

Xua Çunin deyib ki, "Huavvei" ilə bağlı baş verənlər ABŞ-ın Çinin yüksək texnologiyalar kompaniyasına təzyiq göstərməsi ilə bağlıdır.