ABŞ-da dəhşətli soyuqlar başlayıb
ABŞ-a Arktikadan daxil olan soyuq hava kütləsi ölkənin əksər ştatlarında dəhşətli soyuqlarla müşahidə olunmaqdadır.
Mediainfo.az-ın russian.rt-yə istinadən verdiyi xəbərə görə, ötən gündən ölkədə tuğyan edən qarlı və şaxtalı hava həyatı iflic edib.
ABŞ-ın Milli Meteoroloji Xidmətinin yaydığı xəbərdə deyilir ki, yanvarın 30-dan 31-nə keçən gecə Çikaqoda 35-40, Minneapolisdə isə 40-42 dərəcə şaxta qeydə alınıb. Güclü külək və çovğunla müşahidə olunan qarlı hava insan ölümlərinə də yol açıb. Belə ki, 5 nəfər şaxtadan donaraq ölüb. Yaxın günlərdə qarlı və şaxtalı havanın davam edəcəyi, bəzi ştatlarda havanın temperaturunun mənfi 50-55 dərəcəyə düşəcəyi proqnozlaşdırılıb.
Digər xəbərlər


















































.jpg)










































