Evdə köməksiz qalan xilas edilib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 2 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb. Mənzilə baxış keçirilən zaman 1 nəfər azyaşlı yatılı vəziyyətdə, digər 1 nəfər isə halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.
Digər xəbərlər











































.jpg)


















































