Beyləqan və Sabirabadda yanğın baş verib

Beyləqan və Sabirabadda yanğın baş verib

5 Mart 2019 09:27
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabad rayonunun Zəngənə kəndində ümumi sahəsi 180 m² olan köməkçi tikilinin qamışdan ibarət tavanı 30 m² sahədə yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Beyləqan rayonunda ümumi sahəsi 24 m² olan dəmir konstruksiyalardan ibarət köməkçi tikilinin lambirindən ibarət üzlüyü yanıb. Yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.