Azərbaycandan Rusiyaya gedən avtomobil qəzaya düşdü-VİDEO

Azərbaycandan Rusiyaya gedən avtomobil qəzaya düşdü-VİDEO

6 Mart 2019 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycandan Moskvaya gedən avtomobilin Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol diyarı üzrə Baş İdarəsinin nümayəndəsi məlumat verib.

Məlumata görə, "Mercedes" markalı maşın Azərbaycandan Moskvaya özəl reys həyata keçirərkən qarşı zolağa çıxan yük maşını ilə toqquşub.

Qurumun məlumatında göstərilir ki, yaralılar Nevinnomısk xəstəxanasına çatdırılıblar. (report)