Xaçmazda, Şəmkirdə və Xəzər rayonunda yanğın oluib

Xaçmazda, Şəmkirdə və Xəzər rayonunda yanğın oluib

7 Mart 2019 09:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəmkir rayonunun Aşağı Seyfəli kəndində 140 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ferma yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Masallı rayonunda "Nissan" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xaçmaz rayonunun Yalama kəndində ümumi sahəsi sahəsi 20 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlunun və 2013-cü il təvəllüdlü Qədirov Taleh Əjdər oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.