Mingəçevirdə nişanlı qız 5-ci mərtəbədən yıxılıb

Mingəçevirdə nişanlı qız 5-ci mərtəbədən yıxılıb

9 Mart 2019 22:09
Bəyəndim (0) Bəyənmədim (0)

Mingəçevirdə faciəli hadisə baş verib.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Aydın Məmmədov küçəsi 9 ünvanında qeydə alınıb. 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. S.Qarayeva dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Yaxınlarının dediyinə görə, S.Qarayeva ehtiyatsızlıqdan yıxılıb.

Məlumata görə, S.Qarayeva nişanlı olub. Martın 24-ü onun toyu olacaqmış.

Faktla bağlı araşdırma aparılır.