“Ural hava yolları”na məxsus təyyarə Bakıda təcili eniş edib

“Ural hava yolları”na məxsus təyyarə Bakıda təcili eniş edib

11 Mart 2019 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın "Ural hava yolları" şirkətinə məxsus təyyarə Bakıda təcili eniş edib.

Bununla bağlı Oxu.Az-a təyyarədə olan sərnişinlərdən biri məlumat verib.

"İki saat əvvəl Bəhreyndən uçan üç saatdan sonra Domodedova aeroportunda eniş etməli olan "Airbus A321" təyyarəsi Bakıda təcili eniş edib", – məlumatda bildirilib.

Onun sözlərinə görə, təcili enişə təyyarənin göyərtəsində bomba xəbərdarlığı edən yazılı qeydin tapılması səbəb olub.

Təyyarə xüsusi xidmət orqanları tərəfindən yoxlanılacaq.