Bakıda və Tərtərdə yanğın baş verib

Bakıda və Tərtərdə yanğın baş verib

12 Mart 2019 09:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 10 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Tərtər rayonunun Borsunlu kəndində ümumi sahəsi 105 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 77 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.