Liftdə köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib

Liftdə köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib

19 Mart 2019 09:01
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 100 m² olan tövlənin yanar konstruksiyaları 50 m² sahədə və içərisində 1,5 ton ot bağlamasının 800 kiloqramı yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.