ABŞ-da daşqınlar 3 nəfərin həyatına son qoyub
ABŞ-ın Nebraska və Ayova ştatları güclü daşqınlara məruz qalıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, ABC telekanalının yaydığı məlumatda hər iki ştata daşqınlar nəticəsində böyük həcmdə zərər dəydiyi bildirilir. Minlərlə adam daşqın zonasından daha təhlükəsiz yerlərə təhliyə edilib. Həyata keçirilən xilasetmə tədbirlərinə baxmayaraq 3 nəfər daşqınların qurbanı olub. Təbii fəlakətin həcmi böyük olduğundan ölənlərin sayının arta biləcəyi istisna edilmir. Daşqınlar Nebraskada iki hərbi bazanın da su altında qalmasına səbəb olub. Hərbi bazanın daxilindəki 30 ev və çoxlu sayda hərbi texnika su altında qalıb
Digər xəbərlər











































.jpg)


















































