Stokholmun qərbində partlayış baş verib
İsveçin paytaxtı Stokholmun qərbində baş verən partlayışda bir neçə nəfər yaralanıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə "Aftonbladet" qəzeti məlumat yayıb. Partlayışla bağlı "Aftonbladet"ə açıqlama verən Stokholm polisinin nümayəndəsi Frederik Andersson: "Baş verən partlayışdan sonra bəzi adamlar şok vəziyyətinə düşüblər. Bir nəfər isə partlayış zamanı ətrafa yayılan şüşə qırıntıları nəticəsində yaralanıb",-deyib.
Onun sözlərinə görə, partlayış nəticəsində bəzi binalara və maşınlara da zərər deyib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları partlayışın səbəblərini araşdırırlar.
Digər xəbərlər











































.jpg)


















































