Qazaxıstanda vertolyot qəzası ilə bağlı cinayət işi qaldırılıb

Qazaxıstanda vertolyot qəzası ilə bağlı cinayət işi qaldırılıb

28 Mart 2019 09:20
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanın Qızıl Orda vilayətində Mi-8 hərbi vertolyotunun qəzaya uğraması ilə bağlı təhqiqatlar davam edir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə mətbuata açıqlamasında Qazaxıstanın Baş prokuroru Andrey Lukin deyib. O qeyd edib ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır: "Hərbi vertolyotun qəzaya uğramasının günahkarları aşkar edilərək sərt şəkildə cəzalandırılacaqlar".

Xatırladaq ki, ötən gün Qazaxıstanın Qızıl Orda vilayətində Mi-8 hərbi vertolyotunun qəzaya uğraması nəticəsində 13 hərbçi ölüb.