Əməliyyatda 148 min avro, 15 kilo narkotik, 12 tapança, çoxlu sayda güllə və partlayıcı ələ keçirilib

Əməliyyatda 148 min avro, 15 kilo narkotik, 12 tapança, çoxlu sayda güllə və partlayıcı ələ keçirilib

26 May 2023 10:45
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqı Polis Təşkilatının koordinasiyası ilə 7 ölkənin təhlükəsizlik bölmələri tərəfindən həyata keçirilən əməliyyatda Balkanlarda narkotik, silah qaçaqmalçılığı şəbəkəsinin qarşısı alınıb və şəbəkənin 37 üzvü yaxalanıb. Çətinliklə də olsa narkotik və silah qaçaqmalçılığı ilə məşğul olan şəbəkə ifşa olunub. Əməliyyat Avropa İttifaqı Polis Təşkilatının koordinasiyası ilə Xorvatiya, Sloveniya, Bosniya və Herseqovina, Hollandiya, İtaliya, Belçika və Almaniyanın təhlükəsizlik bölmələri tərəfindən həyata keçirib. Polis Təşkilatının verdiyi yazılı açıqlamada narkotik və silahla məşğul olan şəbəkənin üzvü olan 37 nəfərin tutulduğu, onlardan 15-nin həbs edildiyi bildirilib. Əməliyyatda 148 min avro, 15 kilo narkotik, 12 tapança, çoxlu sayda güllə və partlayıcı ələ keçirildiyi bildirilən polis açıqlamada, polis geyimlərinin və saxta şəxsiyyət vəsiqələrinin tapıldığını da vurğulanıb.

Açıqlamada Bosniya və Herseqovina vətəndaşı olan şəbəkə liderinin 4 illik həbs cəzasının qətiləşdiyi üçün İtaliyada həbsdə olduğu və təşkilatın Avropadakı fəaliyyətini buradan idarə etdiyi bildirilib.

Murad Şahməmmədov