Erməni separatçılarının cinayət işi məhkəməyə göndərilib
Bakıda həbsdə olan Qarabağ separatçılarının cinayət işi məhkəməyə verilib.
Məlumatı Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti yayıb.
Məlumata görə, Baş Prokurorluğun İstintaq İdarəsində Azərbaycan Respublikasına və onun xalqına qarşı törədilmiş təcavüz, işğal, soyqırımı, sülh, bəşəriyyət əleyhinə digər cinayətlər, hərbi cinayətlər, terrorizm, terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı bir çox cinayətlər üzrə cinayət işi başlanıb.
Məhkəmə 2548 epizod üzrə 15 nəfərin işinə baxacaq. Arkadi Qukasyan, Arayik Arutyunyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Leva Mnatsakanyan, David Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, David Allahverdyan, Qurgen Stepanyan, Levon Balayan, Mədət Babayan, Vasili Beqlaryan və Erik Kazaryan kimi tanınıb.
Təqsirləndirilən şəxslər vəkillə təmin olunublar.
Oxuməni.az