İcazəsiz ov etmə cəhdinin qarşısı alınıb

İcazəsiz ov etmə cəhdinin qarşısı alınıb

13 Sentyabr 2018 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Neftçala rayonunun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfər saxlanılıb.

Mediainfo.az-a nazirlikdən verilən xəbərə görə, araşdırma zamanı ova cəhd edənlərin Səudiyyə Ərəbistanı Krallığının vətəndaşları Abdulrahman Fahad A Almehemid, Nasser Saleh H Alnuuayser, Fahad Sulaiman İ Alhumaid olduğu məlum olub. Onlardan 3 ov tüfəngi, 50 patron götürülüb.

Təqsirkarların hər biri inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.