Türkiyədə qarətə görə Ermənistan və Rusiya vətəndaşı saxlanılıb
Valyutadəyişdirmə məntəqəsini qarətə görə İstanbul polisi tərəfindən Rusiya və Ermənistan vətəndaşı saxlanılıb.
Mediainfo.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, valyutadəyişdirmə məntəqəsini qarət edən şübhəlilər Bursaya gediblər. Onlar Bursada İstanbul polisi tərəfindən yaxalanıblar. Qarətçilərin qaldıqları mehmanxana otağında böyük həcmdə qızıl və pul aşkar edilərək polis tərəfindən müsadirə olunub. Qarətçilər olduqca peşəkarcasına hərəkət ediblər və valyutadəyişdirmə məntəqəsini soymaq üçün onlara 20 saniyə bəs edib. İndi qarətçiləri uzunmüddətli həbs cəzası gözləyir.
Digər xəbərlər











































































.jpg)


















