Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

12 Noyabr 2018 16:40
Bəyəndim (0) Bəyənmədim (0)

Cənub Ərazi Baş Gömrük İdarəsi Astara gömrük postunda İran İslam Respublikasına gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Mediainfo.az-ın DGK Mətbuat Xidmətindən aldığı məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən valyutanın olmadığını bildirib.

Yoxlama zamanı, onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 20 000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.