Gürcüstan vətəndaşlarında narkotik vasitələr aşkarlanıb

Gürcüstan vətəndaşlarında narkotik vasitələr aşkarlanıb

16 Noyabr 2018 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşları saxlanılıb. Saxlanılan şəxslərin nəqliyyat vasitələrinə baxış zamanı narkotik vasitələr aşkar edilib.

Mediainfo.az-ın DGK-ya istinadən verdiyi məlumata görə, Gürcüstandan gələn bu ölkə vətəndaşları - Jvarsheıshvılı Gıvı Qriqoliçə məxsus nəqliyyat vasitəsinin salonundakı cihazlar panelində siqaret külünün tökülməsi üçün nəzərdə tutulan yerdən, ümumi çəkisi 3 qram, Janıashvılı Vakhtang Piruzoviçə məxsus nəqliyyat vasitəsinin salonundakı, cihazlar panelində sənədlər üçün nəzərdə tutulan dolabından isə, ümumi çəkisi 7 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.