İranda hər gün yol qəzalarında 44 nəfər ölür
İranda baş verən yol qəzalarında hər gün ən azı 44 nəfər həlak olur.
Bu barədə İran Məclisinin rəsmisi Məcid Kiyanpur məlumat yayıb.
O, bu rəqəmin həddindən artıq çox olduğunu, bunun üçün tədbir görəcəklərini deyib. Kiyanpur sürət həddi və küçələrin standartlarına yenidən baxılacağını qeyd edib.
"Hökumət 2 min ədəd kamera alıb. Bunlar yollara nəzarəti gücləndirəcək və qayda pozuntularının azalmasında rol oynayacaq", - o bildirib. Axar.az
Digər xəbərlər






































































.jpg)























