Viktor Yanukoviç büdcədən milyardları mənimsəyən ölkə başçıları sırasında  birincidir

Viktor Yanukoviç büdcədən milyardları mənimsəyən ölkə başçıları sırasında birincidir

9 Sentyabr 2019 16:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən həftə Malayziyanın keçmiş baş naziri Najib Razak 4,5 milyard dollar məbləğində dövlət vəsaitini mənimsəmək ittihamı ilə məhkəməyə çıxarılıb.
Yeniavaz.com Beynəlxalq Şəffaflıq Təşkilatının ("Transparency International") açıqladığı məlumata istinadən bildirir ki, Razak korrupsiya və çirkli pulların yuyulması da daxil olmaqla ümumilikdə 42 cinayət faktı üzrə ittiham olunur.
Onu da bildirək ki, Beynəlxalq Şəffaflıq Təşkilatı 1980-ci ildən sonra dövlət vəsaitlərini mənimsəyən ölkə başçılarının siyahısını hazırlayıb. Siyahıya Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç başçılıq edib. Yanukoviçin prezident və baş nazir olduğu 2002-2014-cü illərdə təxminən 40 milyard dollar dövlət vəsaitini mənimsədiyi düşünülür.
Bundan başqa 1967-1998-ci illərdə İndoneziya prezidenti olan və 2008-ci ildə vəfat edən Məhəmməd Suxartonun 25 milyard dollar vəsaitini mənimsədiyi qeyd olunub. 1972-1986-cı illərdə Filippin prezidenti olan Ferdinand Markosun 7,5 milyard, 1965-1997-ci illərdə Zair prezidenti olan Mobutu Sese Sekonun 5 milyard, 1993-1998-ci illərdə Nigeriya prezidenti olan Sani Abaçanın isə 4 milyard dollar dövlət vəsaitini mənimsədikləri bildirilir.