Siqaret və spirtli içkilər aşkarlandı

Siqaret və spirtli içkilər aşkarlandı

10 Sentyabr 2019 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postundaGürcüstandan idarə etdiyi "Mercedes-Benz 230" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşısaxlanılıb və şifahisorğu-sual olunub.

Oxuməni.az-ın DGK-ya istinadən verdiyi xəbərə görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə"Cesi" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışıkeçirilib. Xidməti itin reaksiyası nəticəsindəminik maşınının yük yerindəki sellofan torbaların və salonunda-arxa oturacağın qol söykənəcək yerin içərilərində gömrük nəzarətindən gizlədilən 3600 ədəd"King" markalı siqaretvə hər biri 1 litr olmaqla 19 ədəd "Hlibny Dar" markalı spirtli içkiləraşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.