Bakıda qanlı dava – Çoxsaylı bıçaq zərbələri ilə öldürmək istədi

Bakıda qanlı dava – Çoxsaylı bıçaq zərbələri ilə öldürmək istədi

2 Oktyabr 2019 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qətl törətməyə cəhd edən şəxs barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

Oxumeni.az xəbər verir ki, Nəsimi rayon Prokurorluğunda Əliyev Elvin Nəsir oğlu barəsində Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə iyun ayında paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Məlumata görə, Bakı şəhər sakini Əliyev Elvin Nəsir oğlu paytaxtın Nəsimi rayonu ərazisində İsmayılov Eldar Əlisa oğluna bıçaqla çoxsaylı xəsarət yetirərək öldürməyə cəhd edib.

E.Əliyev hadisəni törətdikdən sonra qaçaraq istintaqdan gizlənib.

Onun barəsində məhkəmə qərarı ilə axtarış elan olunandan sonra E.Əliyev könüllü olaraq Nəsimi Rayon Polis İdarəsinə gələrək cinayəti etiraf edib.

Oxumeni.az