Baş Nazir kollecdəki qanlı hadisəni nəzarətə götürdü - Video

Baş Nazir kollecdəki qanlı hadisəni nəzarətə götürdü - Video

14 Noyabr 2019 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, Rusiyanın Amur vilayətinin Blaqoveşensk şəhərində yerləşən İnşaat və Kommunal Kollecində silahlı insident baş verib. 19 yaşlı tələbə Daniil Zasorin tələbə yoldaşlarına atəş açıb. Nəticədə bir nəfər ölüb, üç nəfər ağır xəsarət alıb. O, daha sonra hadisə yerinə gələn polisi yaraladıqdan sonra özünü öldürüb.

Oxumeni.az-ın “TASS” agentliyinə istinadən məlumatına görə, baş vermiş qanlı hadisədən sonra Baş Nazir Dmitri Medvedev Təhsil naziri Olqa Vasilyevaya kollecdəki vəziyyəti diqqətlə təhlil etməyi tapşırıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)